16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyə parlamentinin sədri Milli Məclisdə çıxış edib - Yenilənib
Tarix: 20-10-2020 10:05 | Bölmə: Slayd
Türkiyə parlamentinin sədri Milli Məclisdə çıxış edib - Yenilənib

Bu gün Milli Məclis növbəti iclası keçiriləcək. Reyting.az-ın məlumatına görə, iclasın gündəliyinə 5 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun çıxışı.

2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

***

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.


Reyting.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 5 məsələ daxil edilib.

İclasda əvvəlcə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxış edəcək.

***

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Milli Məclisdə çıxış edib.

M. Şentop deyib ki, ilk olaraq, 1990-cı illərin əvvəlindən etibarən Qarabağ davasına sahib çıxan və bu gün Azərbaycanın haqlı davasına dəstək olan cənab Ərdoğanın parlament nümayəndələrinə və bütün Azərbaycan xalqına salamını gətirdim.

TBMM sədri bildirib ki, Azərbaycanın haqlı davasına dəstək verən fərqli partiyaların nümayəndələri də səfərdə onu müşayiət edir:

“Bütün millət vəkillərimizin iştirakı ilə keçiriləcək ictimai iclası Qarabağ işğaldan azad ediləndən sonra Qarabağda edək. TBMM-də olan millət vəkilləri də bu gün burada iştirak etmək istəyirdilər.

Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəldim. Qardaş Azərbaycana yönələn Ermənistan hücumlarını pisləyirəm. Bu hücum nəticəsində şəhid olanlara Allahdan rəhmət diləyirəm. Əziz Azərbaycan xalqına başsağlığına verirəm”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}