17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Nikol Paşinyan müxalifətçilərlə anlaşa bilmir
Tarix: 20-10-2020 14:02 | Bölmə: Slayd
Nikol Paşinyan müxalifətçilərlə anlaşa bilmir

Dünən Ermənistan Baş naziri hökumət binasında parlamentdə təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri ilə müzakirələr aparıb. Müzakirələrdən sonra partiyalar hər hansı açıqlama verməyiblər. Qeyd ediblər ki, əgər hökumət ehtiyac duyarsa, müvafiq açıqlama veriləcək. Toplantıda Dağlıq Qarabağ münaqişə zonasında baş verənlərin müzakirə edildiyi bildirilir.

Reyting.az
xəbər verir ki, dünən Paşinyanla müzakirə aparan partiyalardan ikisi bu gün açıqlama verərək Qarabağ konfliktinə dair mövqeyini erməni cəmiyyətinə çatdırıb.

Daşmaksütyun Partiyası Qarabağ münaqişəsinin həllinə dair yanaşmalarını mövcud döyüş əməliyyatı konteksində səsləndirib.

Partiyanın nümayəndəsi İşxan Saghatelyan “Facebook”da canlı yayım açaraq bildirib ki, bu partiya əvvəlki mövqeyində qalıb: “Biz “sülh müqabilində ərazilər” həll formuluna qarşıyıq”.

Daşnaksütyun nümayəndəsi əlavə edib ki, onlar üçün Qarabağın “müstəqilliyinin tanınması olmadan” istənilən həll variantı qəbuledilməzdir: “Bizim üçün əvvəllər də, indi də mərhələli həll variantının hər hansı bir forması arzuedilən deyil”.

Daşnaklar hesab edir ki, bütün xalqı toparlamaq, gücləri birləşdirmək və müharibədə “dönüş” nöqtəsi yaratmaq lazımdır, bundan başqa seçim yoxdur.

Daşnaksütyuna bənzər mövqeyi keçmiş hakimiyyət təşkilatı olan - Respublika Partiyası da təkrarlayıb.

Bu partiyanın nümayəndəsi Eduard Şarmazanov deyib ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi “olmayacaq”. Biz iqtidarda olanda da, müxalifətə keçdikdən sonra da bu mövqeyə sadiq qalmışıq. Dağlıq Qarabağın öz müqəddaratını təyinetmə hüququnun tam və məcburi şəkildə reallaşdırılmasının “alternativi” yoxdur. Bu partiya hesab edir ki, bir paket halından başqa heç bir həll variantı qəbuledilməzdir.

Xatırladaq ki, bir neçə gün əvvəl parlamentdən kənarda olan 16 partiya hökumətə müraciət edərək Qarabağda müharibə getdiyi üçün xüsusi operativ qərargahın yaradılmasını, bunun dövlət strukturu kimi qəbul edilməsi, ona geniş səlahiyyətlərin verilməsini tələb ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}