Ermənistan ərazisindən Qəbələ, Kürdəmir və Siyəzənə 6 ballistik raket atılıb
Tarix: 22-10-2020 09:53 | Bölmə: Slayd
Ermənistan ərazisindən Qəbələ, Kürdəmir və Siyəzənə 6 ballistik raket atılıb

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Bu barədə Reyting.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

İlkin məlumata görə, düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}