17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
BMT Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünü şərh edib
Tarix: 23-10-2020 11:09 | Bölmə: Slayd
BMT Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünü şərh edib

“BMT Dağlıq Qarabağda gərginliyinin azaldılmasına və ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında danışıqların bərpasına yönəlmiş istənilən diplomatik səyləri dəstəkləyir”.

Reyting.az
xəbər verir ki, bu barədə BMT-nin Xəbərlər Mərkəzi məlumat yayıb. Bildirilir ki, bunu BMT-nin mətbuat katibi Stefan Düjarrik Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ABŞ dövlət katibi Mayk Pompeo ilə keçirəcəyi görüşləri şərh edərkən deyib.

S. Düjarrik xatırladıb ki, münaqişənin gərginləşməyə başladığı ilk gündən bəri BMT-nin Baş katibi Antoniu Quterriş hər iki ölkənin xarici işlər nazirləri ilə təmaslarını davam etdirib.

“Vaşinqtondakı görüş ATƏT-in Minsk qrupu həmsədrlərindən birinin iştirakı ilə keçiriləcək”, - deyə o əlavə edib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}