23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ərdoğan İlham Əliyevlə telefonla danışıb: "Qardaşlarımız işğaldakı ərazilərə doğru hərəkət edir"
Tarix: 24-10-2020 15:58 | Bölmə: Slayd
Ərdoğan İlham Əliyevlə telefonla danışıb: "Qardaşlarımız işğaldakı ərazilərə doğru hərəkət edir"

“Bu səhər İlham Əliyevlə telefonla danışdım".

Reyting.az
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Kayseridə keçirilən bugünkü toplantısında deyib.

O bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edir: "Hazırda azərbaycanlı qardaşlarımız işğal altındakı ərazilərə doğru hərəkət edərək, geri almağa başlayıblar”.

Ərdoğan Azərbaycana sonadək dəstək verəcəklərini bir daha təkrarlayıb: “Bir millət, iki dövlət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əks-həmlə əməliyyatına hər cür dəstək verməyə davam edəcəyik”.

O, Minks Qrupunun həmsədri kimi Fransanı Ermənistanı silahlandırmaqda ittiham edib: “Makronun islam dini və müsəlmanlarla dərdi nədir? Makronun zehni müalicəyə ehtiyacı var. İki dəqiqədən bir Ərdoğana toxunur. Bu, sənə heç nə qazandırmaz. Azərbaycandakı fəlakətlərin, işğalların arxasında bunlar dayanır. Minsk qrupunda da təmsil olunurlar".

Ərdoğan daha sonra Minsk Qrupunun fəlaiyyətini tənqid edib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri, bu günə qədər nə etdiniz? Azərbaycan torpaqlarını işğaldan azad etdiniz? Xeyr! Ermənilərə silah göndərib, bununla bölgəyə sülh gətirəcəyinizi zənn edirsiniz. 

İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq. Azərbaycan torpaqlarının işğalına, baş verən müsibətlərə kor, kar qalanlar bu gün atəşkəs çağırışı edirlər, bu, tam bir riyakarlıqdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}