Ermənistanın 4 rayonundan Azərbaycan əraziləri atəşə məruz qalıb
Tarix: 28-10-2020 10:05 | Bölmə: Slayd
Ermənistanın 4 rayonundan Azərbaycan əraziləri atəşə məruz qalıb

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}