23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Firudin Cəlilov: “İran çalışacaq ki, status-kvo qalsın, atəşkəs əldə edilsin”
Tarix: 28-10-2020 12:49 | Bölmə: Slayd
Firudin Cəlilov: “İran çalışacaq ki, status-kvo qalsın, atəşkəs əldə edilsin”

“Azərbaycan Ordusu sərhəd boyu erməniləri qovdu və Mehri rayonuna qədər olan İranla sərhədləri nəzarətə götürdü. Bundan sonra İranla sərhəddə Azərbaycan Sərhəd Qoşunları olacaq. Görünən budur ki, İran vəziyyətdən narahatdır və sərhədə qoşunlar gətirdiyi haqda məlumatlar var. Hansı ki, bu sərhəd 27 il nəzarətsiz olanda İran tərəfi hansısa səbəbdən öz ordusunu bu əraziyə cəlb etmirdi. Bu, olduqca maraqlı hadisədir”.

Bu sözləri Reyting.az-a Azərbaycanın keçmiş Təhsil naziri, professor Firudin Cəlilov İranın Dağlıq Qarabağ münaqişəsinə dair yeni təkliflərinin olması və bunu Moskvanın iştirakı ilə tərəflərlə müzakirə etmək niyyətlərinə cavab olaraq deyib.

İranın narahatlığının səbəblərinə gəldikdə, F. Cəlilov əlavə edib ki, Azərbaycanın İranla sərhədlərinin müəyyən hissəsi 27 il Qarabağa müxtəlif yüklər daşımaq imkanı verib: “Çünki nəzarətsiz idi. Odur ki, indi İran tələm-tələsik ortaya düşərək təşəbbüs göstərir, hansısa təkliflər irəli sürür. Açığı, mən İrandan pozitiv təkliflər gözləmirəm. Əgər onların təklifində birinci olaraq Ermənistanın işğalçı ordusunun dərhal Qarabağ ərazisindən çıxması qeyd edilsə, bundan sonra danışıqların başlanması əsas kimi irəli sürülsə, onların təklifinə normal yanaşmaq olar. Amma mən, onların belə bir təşəbbüslə çıxış edəcəklərinə inanmıram. Onlar daha çox köhnə status-kvonu saxlamaq üçün bəhanələr axtaracaq, buna cəhdlər göstərəcək, atəşkəsin təmin edilməsinə çalışacaq. İrana sərf edən odur ki, proses olduğu kimi qalsın”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}