16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xarici işlər nazirlərinin həmsədrlərlə görüşü təxirə salınıb - Yenilənib
Tarix: 29-10-2020 11:14 | Bölmə: Slayd
Xarici işlər nazirlərinin həmsədrlərlə görüşü təxirə salınıb

İsveçrədə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bu günə planlaşdırılan görüşü təxirə salınıb.

Reyting.az
-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün planlaşdırılan görüşün təxirə salınması ilə bağlı detallar açıqlanmır.

Azərbaycanın Xarici İşlər Nazirliyi də Ceyhun Bayramovun İsveçrə səfəri barədə heç bir rəsmi açıqlama yaymayıb.

Qeyri-rəsmi məlumatlarda bildirilir ki, görüşün baş tutmamasına səbəb ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya nümayəndəsinin toplantıda iştirak edə bilməyəcəyi barədə xəbərdarlığıdır.

Digər ehtimallardan biri kimi isə dünən Ermənistanın Bərdəyə raket atması nəticəsində 20-dən çox mülki insanın öldürülməsi və Azərbaycanın etiraz əlaməti olaraq İsveçrə görüşündən imtina etməsi göstərilir.

Bununla yanaşı, o da qeyd olunur ki, humanitar atəşkəs elan olunduqdan sonra Ermənistanın mülki insanlara qarşı hərbi cinayətlər törətməsi danışıqlar masası arxasına keçməyin gərəksiz olduğunu ortaya qoyub.

***

Son məlumata görə, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı sabaha dəyişdirilib.

XİN-dən bildiriblər ki, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}