14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Qarabağa dair ortaq yanaşma - Tehran və Moskva arasında
Tarix: 29-10-2020 21:05 | Bölmə: Slayd
Qarabağa dair ortaq yanaşma - Tehran və Moskva arasında

“İran və Rusiya Dağlıq Qarabağ münaqişəsinə ortaq yanaşmaları bölüşür”.

Reyting.az
İRNA-ya istinadla xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini və İran prezidentinin xüsusi elçisi Abbas Əraqçi öz “Tvitter” səhifəsində yazıb.

Bu gün Moskvada Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşmüş Əraqçi əlavə edib ki, həmişə olduğu kimi, Sergey Ryabkovla da nüvə sazişinin gələcəyi ilə bağlı məsləhətləşmələr aparıb.

Xüsusu elçinin Rusiya XİN rəhbərinin Orta Asiya və Qafqaz üzrə müavini Andrey Rudenko ilə görüşü 3 saat çəkib və danışıqlar jurnalistlərin iştirakı olmadan, bağlı qapılar arxasında aparılıb.

Əraqçi danışıqlardan əvvəl KİV təmsilçilərinə bildirib:

“ATƏT-in Minsk qrupuna daxil olan bəzi ölkələr ümumiyyətlə, bölgəyə aid deyil və bu böhranla onların heç bir əlaqəsi yoxdur. Minsk qrupunun təsirsizliyi əyani sübut olunub. Xarici aktyorlar, ABŞ və Fransa bölgədən çox uzaqdır və bölgə ilə nəinki siyasi, həm də mənəvi baxımdan bağlılıqları yoxdur. Onlar Dağlıq Qarabağda da sülhün bərqərar edilməsində maraqlı deyil.

Biz rolu əsas olan ölkələrə regional yanaşma təklif etdik və Rusiyanın, bu baxımdan, bölgənin vacib ölkələrindən biri olduğunu düşünürük. İslam Respublikasının təklifi atəşkəs, mülki bölgələrə hücumların dayandırılması və köçkünlərin evlərinə qayıtması da daxil olmaqla, humanitar prinsiplərə əsaslanır. Biz davamlı sülh üçün regional həll tapmağa çalışırıq.

Dağlıq Qarabağ böhranının həllinə dair planımızın digər bir xüsusiyyəti onun realizmdir”.

Xarici işlər naziri müavininin sözlərinə görə, İran planının ilk hissəsi işğala son qoyulması, ərazi bütövlüyünə və suverenliyə, sərhədlərin toxunulmazlığına və azlıqların hüquqlarına hörmət kimi bir sıra prinsiplərə əsaslanır. Mülki mərkəzlərə və şəxslərə hücum etməməyi vurğulayır.

“Biz Dağlıq Qarabağ böhranının həlli üçün planımızı təklif edirik və indi münaqişə tərəflərindən cavab gözləyirik”, - deyə sonda Əraqçi vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}