14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycan və Ermənistan diplomatiyasının Cenevrə danışıqları... - Deputat şərh edir
Tarix: 30-10-2020 16:20 | Bölmə: Slayd
Azərbaycan və Ermənistan diplomatiyasının Cenevrə danışıqları... - Deputat şərh edir

“Cenevrə danışıqlarından ermənilərin yeni oyunlarını, irəli sürüləcək təkliflərdən imtinasını gözləyirəm. Söhbət hüququn aliliyi, beynəlxalq hüquq normalarından gedir. Təəssüflər olsun ki, beynəlxalq qurumlar, vasitəçilər hüququn aliliyini kənara qoyub və Ermənistanın şıltaqlığına göz yumurlar. Bu səbəbdən də Azərbaycan məcburdur ki, sülhməramlı əməliyyatlar keçirsin. Yeri gəlmişkən, reallıq budur ki, artıq Madrid prinsipləri də əhəmiyyətini itirib. Çünki bu prinsiplərin bir çoxunu ordumuz həyata keçirib”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə bu gün Cenevrədə keçiriləcək Qarabağ danışıqlarını şərh edərkən deyib.

Qeyd edək ki, Cenevrədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Ermənistan Xarici İşlər nazir Zohrab Mnataskanyan Minsk qrupunun iştirakı ilə danışıqlar aparacaq. Danışıqlar mediaya qapalı olsa da, tərəflərin məqsədləri prinsipcə aydındır.

A. Mollazadə deyir ki, rəsmi Bakı danışıqlardan əsasən işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxmasını gözləyir: “Bu baş verməsə, Azərbaycan sülhə məcburetmə əməliyyatını davam etdirməli olacaq”.

Deputat əlavə edib ki, Cenevrəyə Azərbaycan və Ermənistan diplomatiyası tam fərqli mövqe ilə gedib: “Azərbaycan diplomatiyası BMT Təhlükəsizlik Şurasının qətnaməsinin dərhal icra edilməsini istəyir və Minsk qrupunun təkliflərinin real olaraq həyata keçirilməsini gözləyir.

Ermənistan isə Cenevrədə konkret vaxt udmaq, yeni oyunlar oynamağa çalışacaq. Hansı ki, bunu hər zaman ediblər. Ermənistan rəhbəliyi bir neçə gün əvvəl də danışıqlardan imtina etmişdi. İndi məcburən danışıqların imitasiyasına başlamaq istəyir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}