16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyədə güclü zəlzələdən sonra sunami olub: binalar dağılıb, ölən və yaralananlar var - Yenilənir
Tarix: 30-10-2020 23:44 | Bölmə: Cəmiyyət
Türkiyədə güclü zəlzələdən sonra sunami olub: binalar dağılıb, ölən və yaralananlar var

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralananların sayı 607 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, 17 binada axtarış-xilasetmə işləri həyata keçirilir.

**

AFAD-ın bu dəqiqələrdə yaydığı məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 6, yaralıların sayı 202 nəfərə çatıb.

***

Reyting.az "TRT Haber"-ə istinadla xəbər verir ki, zəlzələdən sonra İzmirdə dəniz sahilində sunami də yaşanır.

Belə ki, dənizin qəfil daşması nəticəsində ərazidəki kafelərdə oturanlar qaça bilsələr də, əlil arabasında olan yaşlı bir qadın sunaminin qurbanı olub.

Məlumata görə, dəniz dalğasının qəfil yüsəlməsi nəticəsində bir çox küçələri su basıb. Sahildəki 100-dən çox yaxta gəmiləri dənizə sürüklənib.

Hazırda sunaminin davam etdiyi və buna görə dəniz suyunun yüksəlməsinin davam etdiyi bildirilir. 

***

Son məlumata görə, İzmirdəki zəlzələdə 4 bina tamamilə dağılıb, 10-dan çox binada isə ciddi dağıntılar var.

Reyting.az bildirir ki, AFAD-ın ilkin məlumatına görə, 4 nəfər ölüb, 152-dən çox yaralı var.

Bu dəqiqələrə qədərsə, 70 nəfər dağıntı altından çıxarılıb.


***

Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə bölgədə bəzi tiklilərə ciddi ziyan dəyib.

İlkin məlumata görə, İzmirin Bayraklı rayonunda dağıntılar altından 3 nəfər yaralı çıxarılıb.

Hazırda xilasetmə işləri aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}