Ceyhun Bayramov Minsk qrupunun həmsədrləri ilə görüşüb - Yenilənib
Tarix: 30-10-2020 21:44 | Bölmə: Siyasət
Ceyhun Bayramov Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verərək, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi, müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Daha sonra ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında görüş başlayıb. Görüş hazırda davam edir.


***

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bu gün Cenevrədə görüşüblər.

Görüş Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilir.

Görüşdə həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}