İşğaldan azad olunan ərazilərdə yerli strukturlar fəaliyyətə başlayıb
Tarix: 16-11-2020 09:40 | Bölmə: Slayd
İşğaldan azad olunan ərazilərdə yerli strukturlar fəaliyyətə başlayıb

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.

FHN-nin məlumatında bildirilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb.

Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}