16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Erməni mətbuatı: Rusiya Qarabağa 10 minə qədər hərbçi yerləşdirmək istəyir
Tarix: 19-11-2020 11:12 | Bölmə: Slayd
Erməni mətbuatı: Rusiya Qarabağa 10 minə qədər hərbçi yerləşdirmək istəyir

Rusiya prezidenti Vladimir Putinin son müsahibəsindən sonra belə təəssürat yaranır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvanın dəstəyindən istifadə edir. Vladimir Putinin Nikol Paşinyanın xain adlandırılmasının əsassız olduğunu deməsi bunun sübut kimi təqdim edilir.

Reyting.az
xəbər verir ki, bunu erməni KİV-i “Hraparak” yazıb.

Qeyd edilir ki, siyasi proseslərdən xəbərdar olan dairələr Rusiya liderinin mövcud vəziyyətdən öz imperiya maraqları üçün fayda götürməyə çalışdığını bilirlər. Nikol Paşinyan isə bu çərçivədə üzləşdiyi vəziyyətdən çıxmaq üçün cəhd edir.

“Hraparak” qəzeti yazır ki, Türk amilinin bölgədə bu miqyasda güclənməsi Rusiyanın maraqlarından irəli gəlmir, amma bu vəziyyətdə Rusiya öz maraqlarını mümkün qədər təbliğ etməyə çalışacaq.

Qəzetin iddiasına görə, üçtərəfli bəyanat çərçivəsində Qarabağa 1960 rus sülhməramlısının yerləşdirilməsindən bəhs edilsə də, “kölgə danışıqları” davam edir və Rusiya tərəfi bu ərazilərdə 10 minə qədər hərbçi yerləşdirmək niyyətindədir.

“Dekabrın 1-də bəyanatda göstərilən ərazilərin Azərbaycana təhvil verilməsindən sonra Rusiya üçün Ermənistan Baş nazirinin dəyişdirilməsi faydalı deyil. Bu səbəbdən də Nikol Paşinyana açıq zərbələr endirilməyəcək. Əksinə, zərbələr diplomatik şəkildə olacaq. Məsələn, Şuşa məsələsində yalanları ifşa etməklə”,- qəzet iddia edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}