İran ABŞ və İsraili nüvə aliminin qətlində ittiham edir
Tarix: 27-11-2020 23:45 | Bölmə: Siyasət
İran ABŞ və İsraili nüvə aliminin qətlində ittiham edir

İran Müdafiə Nazirliyinin nəzdindəki Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri olan nüvə alimi Möhsün Fəxrizadənin qətlində İsrail və ABŞ-ın iştirak etdiyi bildirilir. Reyting.az ISNA-ya istinadla xəbər verir ki, belə bir iddia ilə İran ordusunun baş komandanı Seyyid Abdul-Rahim Musəvi çıxış edib.

Baş komandan deyib ki, bu cinayətdə ABŞ və İsrailin əlinin olduğu açıq görünür.

Musavi bildrib ki, İran ordusu düşmənlərdən intiqam almaq hüququnu özündə saxlayır.

Xəbər verildiyi kimi, bu gün günorta saatlarında M. Fəxrizadə terror hücumu nəticəsində aldığı yaralardan xəstəxanada həyatını itirib. O, Absərd şəhərində bir neçə təcavüzkarın partlayış və atəş açması zamanı çoxistiqamətli hücumun qurbanı olub.



Qatillər Fəxrizadənin içərisində olduğu avtomobilə atəş açmazdan əvvəl başqa bir avtomobili partladıblar. Hadisə nəticəsində şəxsiyyətləri hələ bilinməyən daha bir neçə nəfər də ölüb.

Hücum zamanı alimin yanında bir neçə qohumunun da olduğu bildirilir.

Onu da qeyd edək ki, 2018-ci ildə də M. Fəxrizadəyə sui-qəsd cəhdi olmuşdu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}