17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Mehman Əliyev: “Ermənistanla əlaqələrin qurulması beynəlxalq qərardır”
Tarix: 05-01-2021 15:55 | Bölmə: Slayd
Mehman Əliyev: “Ermənistanla əlaqələrin qurulması beynəlxalq qərardır”

“ABŞ-da əsas siyasəti müəyyənləşdirən siyasi institutlar, araşdırma mərkəzləridir. Bu siyasət də uzunmüddətli olur. Qısamüddətli olmur ki, hansısa strateji xətlərin dəyişməsinin mümkünlüyünü iddia edək. Prezidentlər bir çox hallarda hazırlanan siyasəti elan edir və onu həyata keçirirlər”.

Bu fikirləri Reyting.az-a “Turan” İformasiya Agentliyinin rəhbəri, siyasi analitik Mehman Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti C. Baydenin hakimiyyətə gəlişindən sonra Vaşinqtonun Cənubi Qafqazda hansı siyasət yürüdəcəyi haqda suala cavabında deyib.

M. Əliyevin fikrincə, böyük siyasət çərçivəsində strateji-taktiki siyasət, üç illik, beş illik məqsədlər, operativ addımlar və s. halların olması normaldır: “Amma aydındır ki, Cənubi Qafqaz regionunu beynəlxalq demokratk dünya çəmiyyəti çərçivəsinə salmaq istəyi var. ABŞ da bu istiqamətdə hərəkət edir. Məncə, bu proses daha da aktivləşəcək”.

Siyasi analtikin sözlərinə görə, nəzərə alına bilər ki, Azərbaycan tərəfinin qoyduğu tələb artıq həll edilir: “Yəni Azərbaycan qeyd edirdi ki, siz, bizdən demokratiya, islahatlar tələb edirsiniz, amma bizim qanuni tələblərimizi - Qarabağ kimi problemimizə etinasız yanaşırsınız. İndi bu məsələ həll olunur. Deməli, biz də hansısa formada addım atmalıyıq. Ona görə də, ABŞ bu istiqamətdə davam edəcək. Azərbaycanın ərazi bütövüyü təmin ediləcək, Ermənistanla sərhədlər, əlaqələr qurulacaq. Bu, qaçılmazdır və beynəlxalq qərardır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}