17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bayden Rusiya əleyhdarlarını komandasına gətirir
Tarix: 06-01-2021 12:09 | Bölmə: Slayd
Bayden Rusiya əleyhdarlarını komandasına gətirir

Yanvarın 20-dən ABŞ prezidenti kimi fəaliyyətə başlayacaq Bayden sabiq prezident Obama dövründə vəzifədə olmuş bir neçə şəxsi Rusiya və İran məsələləri ilə məşğul olmaq üçün komandasına daxil edəcək. Bu şəxslər əsasən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə komitəsində çalışacaqlar. Narahatılıq yaradan hal komandaya anti-Türkiyə fəaliyyəti ilə tanınmış Bret Makqurkun da gətirilməsidir. Makqurk Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi namyəndəsi olub. Bayden bu şəxsə Yaxın Şərq və Şimali Afrika siyasətini etibar etməyi planlaşdırır. Türkiyəyə qarşı olan Makqurk YPG-yə verdiyi dəstəklə gündəmə gəlib.

Reyting.az
xəbər verir ki, belə bir iddianı “Nyu-York Times” qəzeti irəli sürüb.

Qəzet yazır ki, ABŞ prezidenti Bayden sabiq dövlət katibi Con Kerrinin köməkçisi Con Fineri də milli təhlükəsizlik şurasına gətirir. Obama dövründə İranla nüvə danışıqları aparan Vendy Şerman isə dövlət katibinin müavini postunda çalışacaq. Şermanın bu vəzifəyə gətirilməsi Tramp hökumətinin İran nüvə anlaşmasından geri qayıtmasında əhəmiyyətli rol oynaya bilər.

Rusiyaya qarşı sərt mövqedə olduğu bildirilən Baydenin Dövlət Departamentinə Rusiya ilə münasibətləri koordinasiya edən keçmiş diplomat Viktoriya Nulandı siyasi məsələlər üzrə məsləhətçi təyin edəcəyi ehtimal olunur. Xatırladaq ki, xanım Nuland Ukrayna inqilabı zamanı Maydanda etirazçılara çörək paylayanlardan olub. Xanım Nuland eyni zamanda Rusiya prezidenti Vladimir Putini sərt tənqid edən diplomat kimi də xatırlanır.

Barak Obama hakimiyyəti zamanı İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndə olmuş Bret Makqurkun Yaxın Şərq və Şimali Afrika masasının başına gətirməsi hələlik ciddi təxmin kimi qiymətləndirilə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}