17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sərdar Cəlaloğlu: “Azərbaycan tərəfi ehtimal olunan Moskva görüşünə getməməlidir”
Tarix: 06-01-2021 15:42 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “Azərbaycan tərəfi ehtimal olunan Moskva görüşünə getməməlidir”

“Rusiyanın bəzi addımları Azərbaycana qarşı təzyiq xarakterlidir. Elə biri Mİ-24 helikopteri ilə bağlı müşahidə olunan vəziyyət. Hadisədən dərhal sonra Azərbaycan hökuməti bildirdi ki, helikopteri biz vurmuşuq. Buna görə rəsmi şəkildə üzr istənilib və qeyd edilib ki, konpensasiya ödəməyə hazırıq. Əvvəl Azərbaycanın üzürxahlığını qəbul ediblər, üzərindən iki ay keçdikdən sonra başlayıblar bununla bağlı Azərbaycana təzyiq etməyə, cinayət işi açmağa”.

Bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlunun fikrincə, baş verənlər göstərir ki, Rusiya qeyri-qanuni üsullarla Azərbaycana hansısa şərtləri qəbul etdirmək istəyir: “Bu mənada düşünürəm ki, Azərbaycan prezidenti ehtimal olunan Moskva görüşünə getməməlidir. Və ya Türkiyənin də bu görüşə qatılmasını tələb etməlidir”.

Partiya sədri qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin görüşünü üçtərəfli görüş kimi təqdim etmək mümkün olsa da, bu, ikitərəfli görüş sayılmalıdır: “Əslində Rusiya ilə Ermənistan bir tərəfdir, Azərbaycan da digər tərəf”.

S. Cəlaloğlu deyib ki, vaxtı ilə Azərbaycan təkləndiyi üçün Qarabağ məsələsində uduzub: “Amma indi yanımızda Türkiyə, Pakistan kimi müttəfiqlərimiz oldu və vəziyyəti dəyişdik. Bu mənada diplomatik müstəvidə təklənsək uduzacağıq. Odur ki, bu amili nəzərə almaq vacibdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}