07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Rasim Musabəyov: “Azərbaycan Dağlıq Qarabağdakı hərbi cinayətkarlarla ünsiyyət qurmayacaq”
Tarix: 07-01-2021 11:37 | Bölmə: Slayd
Rasim Musabəyov: “Azərbaycan Dağlıq Qarabağdakı hərbi cinayətkarlarla ünsiyyət qurmayacaq”

“Xankəndi şəhərində hansısa formada administrasiya mövcuddur. Sözsüz ki, bu, müvəqqəti xarakter daşıyır. Vaxtı ilə “Madrid prinsipləri” adlı sənəddə də aralıq statusu nəzərdə tutulurdu. Yəni həmin qurum rəsmən tanınmır, amma de-fakto onunla hansısa işlər görülür. Amma bir daha deyirəm, bu halda nə status, nə muxtariyyət, nə də rəsmiyyət tanınmır. Bu məsələlər müzakirə mövzusu ola da bilməz”.

Bunu Reyting.az-ın Azərbaycanın Xankəndi şəhərindəki separatçılara rəhbərlik edən hərbi canilərin nə zaman ərazini tərk edəcəyi haqda sualına cavabda Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Politoloqun sözlərinə görə, Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı erməni əhali ilə hansısa formada əlaqə qurmalıdır: “Təbii ki, bu zaman orada olan mövcud administrasiya vasitəsilə əlaqə qururlar. Halbuki orada hərbi cinayətlər olduğu halda Azərbaycanın o cinayətkarlarla danışıq aparması və ünsiyyəti qeyri-mümkündür. O administrasiyasının başında Harutyunyan, Balasanyan kimi cinayətkarlar olduğu halda Azərbaycan heç bir şəkildə əlaqə qurmayacaq”.

R. Musabəyov əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağdakı ermənilərlə ünsiyyət qurması üçün onların təmsilçilər hərbi cinayətkarlar olmamalıdır. Yalnız bu halda Azərbaycan orada yaşayanlarla öz vətəndaşı kimi ünsiyyət qura bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}