16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“YAŞAT” Fonduna rəhbər təyin edilib - Foto
Tarix: 08-01-2021 11:57 | Bölmə: Slayd
“YAŞAT” Fonduna rəhbər təyin edilib

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) rəhbər təyin edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub.

Bundan başqa, "ASAN məktub" layihəsinin rəhbəri Rəbiyyə Cəfərova isə Fondun müdir müavini təyin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" Fərman imzalayıb.(Report)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}