11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Şəhid və qazi ailələrinə “YAŞAT kart”ı veriləcək
Tarix: 08-01-2021 12:59 | Bölmə: Slayd
Şəhid və qazi ailələrinə “YAŞAT kart”ı veriləcək

“YAŞAT kart”la bağlı layihə düşünürük. Hər bir ailəyə kart veriləcək”.

Reyting.az
xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin kart ictimai iaşə obyektlərində və digər yerlərdə istifadə oluna biləcək: “Həmin kart vasitəsilə müəyyən güzəştlər tətbiq olunacaq”.

Ülvi Mehdiyev əlavə edib ki, artıq bəzi itkin düşən şəxslərin şəhidlik statusu təsdiqlənib:

"Digər itkin düşmüş şəxslərin isə sağ-salamat gəlməyini arzu edirik. Ancaq itkin düşmüş şəxslər arasında şəhidliyi təsdiqlənənlər olarsa, "YAŞAT" Fondu tərəfindən onlara baş çəkiləcək".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}