16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Paşinyan: “...Naxçıvana marşrutların seçilməsi ayrı müzakirə mövzusudur”
Tarix: 08-01-2021 13:24 | Bölmə: Slayd
Paşinyan: “...Naxçıvana marşrutların seçilməsi ayrı müzakirə mövzusudur”

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın tətbiqi ilə bağlı prioritetlərini açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Nikol Paşinyan özünün “Facebook” hesabında yazıb.

Paşinyan bildirib ki, erməni tərəfinin üçtərəfli bəyanatın gələcək tətbiqinə dair prioriteti aşağıdakı formadadır:

“Bəyanatın 8-ci bəndinin tam tətbiqi.

Müvafiq olaraq əsirlərin, girovların və digər məhbusların, eləcədə cəsədlərin tam mübadiləsi.

Müharibə bölgəsində geniş axtarış xilasetmə əməliyyatları da bizim üçün vacibdir.

Bölgənin bütün iqtisadi və nəqliyyat infrastrukturunun blokadadan çıxarılması.

Bu, həm Ermənistanın Azərbaycan ərazisindən Rusiya və İrana yük daşıması, həm də Azərbaycanın yük daşıması və nəqliyyat rabitəsi deməkdir”.

Paşinyan qeyd edib ki, noyabrın 10-da imzalanan bəyanatda Mehri və ya Ermənistanın hər hansı ərazisindən keçən dəhlizin adı çəkilmir.

“Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana rabitə marşrutlarının seçilməsi ayrı müzakirə mövzusudur. Vacib şərt əsirlərin, başqa şəxslərin, cəsədlərin mübadiləsi, habelə itkin düşən şəxslərin axtarışı ilə bağlı işlərin aparılmasının səmərəli olmasıdır”, - Paşinyan qeyd edib.

Bununla da, N. Paşinyan sanki Mehri dəhlizinin açılmasına şərt kimi Azərbaycanda olan əsirlərin, o cümlədən başqa şəxslərin qaytarılmasını qoyur. Bu da təsadüfi deyil. Çünki 10 noyabrda imzalanan üçtərəfli sazişdən sonra erməni quldur dəstələri Hadrut istiqamətində təxribata cəhd edib. Azərbaycan Ordusu isə bu təxribata layiqli cavab verərək quldurları ərazidən təmzləməklə yanaşı onlarla terrorçunu əsir götürüb. Üstəlik, rəsmi Bakı bəyan edib ki, bu şəxslər Azərbaycan ərazisində terror fəaliyyəti ilə məşğul olublar və onlar ədalət mühakiməsinə çıxarılacaq. Bakı bu məsələdə haqlıdır, çünki əsirlərin və girovların mübadiləsi 10 noyabra qədər olan dövrlə bağlıdır.

Görünən budur ki, Paşinyan onsuz da Zəngəzur dəhlizinin açılacağını bilir, sadəcə, indiki vəziyyətdə belə şərtlər irəli sürməklə Azərbaycanda terrorçuluq fəaliyyəti ilə məşğul olan cinayətkar erməni dəstələrini də hərbi əsir kimi geri qaytarmağa nail olmaq istəyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}