Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilə bilər - Professor
Tarix: 08-01-2021 16:53 | Bölmə: Slayd
Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilə bilər

“Hadisələrin inkişafından asılı olaraq Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilə bilər. Nəzərə alın ki, bunu heç bir rəsmi şəxs inkar etməyib. Güman edirəm ki, vəziyyət dəyişilsə və daha ciddi xarakter alsa, baza məsələsi gündəmə gələcək”.

Bunu Reyting.az-a professor Əli Abbasov son günlər sosial şəbəkələrdə Türkiyədən Azərbaycana 10-a yaxın hərbi təyyarənin daxil olması haqda yayılan məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, regionda Rusiya ilə yanaşı başqa bir güc də var və son günlər Türkiyədən Azərbaycana uçan hərbi təyyarələrə də bu kontekstdən baxmaq lazımdır.


Ə. Abbasov

Şiyasi şərhçi Ə. Abbasov diqqətə çatdırıb ki, müharibədən əvvəl də Azərbaycanda Türkiyənin hərbi təyyarələri olub: “Mən həm hərbi qırıcıları, həm də hərbi yük təyyarələrini nəzərdə tuturam. Qırıcıların Gəncədə olduğu deyilirdi. Ona görə də, düşmən Gəncəni hədəfə almışdı. Burada gizli bir məsələ yoxdur”.

Türkiyənin Rusiya sülhməramlı qüvvələri ilə Ağdamda birgə Monitorinq Mərkəzində işləyəcəklərinə diqqət yönəldən professor deyib ki, ola bilsin, Azərbaycana gələn təyyarələr bu məqsədlə hansısa vasitələr, cihazlar gətirirlər: “Məsələn, konkret olaraq Türkiyədən Azərbaycana 6 təyyarə humanitar yardım göndərilib. Fikrimcə, bütün bunlara ayrı məsələ kimi baxmaq doğru olmazdı. Yəni bu, “bu gün oldu, sabah olmayacaq”,- məsələsi deyil. Əksinə, bu artıq bir prosesə çevrilib”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}