Rəsmi ittiham: “Paşinyan ermənilərə 38,4 milyard dollar zərər vurub”
Tarix: 12-01-2021 13:08 | Bölmə: Slayd
Rəsmi ittiham: “Paşinyan ermənilərə 38,4 milyard dollar zərər vurub”

“Baş nazir Nikol Paşinyan Ermənistana və erməni xalqına ən azı 38,4 milyard dollar zərər vurub”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan Hərbi Sığorta Fondunun Himayəçilik Şurasının üzvü Mesrop Manukyan bəyan edib.

M. Manukyan bildirib ki, insan itkiləri 7 milyard dollar təşkil edir: “Bura təxminən 4500 ölən və itkin düşmüş hərbçi, eləcədə 5 min birinci qrup əlil və 6 min ikinci qrup əlil daxildir”.


M. Manukyan

Mütəxəssis əlavə edib ki, “Hayastan” Ümumerməni Fondu Azərbaycanın işğaldan azad etdiyi ərazilərə təxminən 150 milyon dollar sərmayə qoyubmuş: “Yalnız Şuşa şəhərində 15 milyon dollar dəyərində proqramlar həyata keçirilmişdi”.

M. Manukyanın iddiasına görə, Ermənistanın müdafiə sisteminə dəyən zərər təqribən 2 milyard dollardır.

Azərbaycana məxsus olan və uzun müddət Ermənistanın işğalı altında qalan qızıl yatağı ilə bağlı məsələyə də toxunan Himayəçilik Şurasının üzvü əlavə edib ki, Sotk (Zod) qızıl mədəninin itkisindən gələn ziyan təqribən 8 milyard dollardır: “Bank sistemindəki zərər 1 milyard dollar olub. İnfrastruktura dəyən zərər də təqribi 2 milyard dollar təşkil edir. Qarabağda əlimizdən çıxan su elektrik stansiyalarının dəyəri 600 milyon dollar civarındadır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}