07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Tofiq Zülfüqarov: “Camaat bayraq məsələsinə daha çox diqqət yetirsə də, ən əsası nəticədir”
Tarix: 12-01-2021 15:40 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Camaat bayraq məsələsinə daha çox diqqət yetirsə də, ən əsası nəticədir”

“Mən bayraq məsələsinə görə narahatlıqlarla tanışam. Amma bu barədə dəqiq bir söz deyə bilmərəm. Nəzərə almaq lazımdır ki, bu, həm də görüşlərin formatından asılıdır. Əslinə qalsa, bəyannamənin icrası vacibdir. “Görüşdə niyə bayraq var idi, niyə yox idi”,- sualına cavab vermək çətindir”.

Bu fikirləri Reyting.az-a açıqlamasında Azərbaycanın sabiq Xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskva görüşü zamanı masaya tərəflərin bayrağının qoyulmamasını şərh edərkən deyib.

Xatırladaq ki, Moskvada baş tutan üçtərəfli görüş zamanı masada Azərbaycan və Ermənistan bayraqlarının olmaması xüsusi diqqət çəkib.

Tofiq Zülfüqarov əlavə edib ki, digər tədbirlər zamanı da bəzən bayraq məsələsi ortaya çıxır: “Əlbəttə, diplomatiyada lazım olanda bu mövzulara əhəmiyyət verilir, lazım olmayanda verilmir. Mən belə başa düşdüm ki, Moskva görüşündə çox sadə şərait var idi. Görüş Kremldə olsa da, orada çox az sayda insan iştirak edirdi. Heç jurnalistlərin orada olub-olmadığını da görə bilmədik. Görüntülərdən belə məlum olur ki, çox məhdud sayda iştirakçı olub. Mümkündür ki, daha çox pandemiya ilə əlaqədar belə şərait yaranmışdı”.

Sabiq nazir hesab edir ki, bayraq məsələsi əsas deyil: “Düzdür, camaat bayraq məsələsinə daha çox diqqət yetirir, amma gəlin yekun nəticələrə diqqət edək. Bizim üçün daha vacibi nəticədir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}