Prezident Qarabağla bağlı fərman verib
Tarix: 19-01-2021 12:15 | Bölmə: Slayd
Prezident Qarabağla bağlı fərman verib

Prezident İlham Əliyev "Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, fərmana əsasən, “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” və “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilib.

Müəyyən edilib ki, Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

Fonda əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}