Ermənistanda “Qarabağ klanı”na qarşı yeni birlik yaradılır - Ölkədə siyasi qarşıdurma böyüyür
Tarix: 19-01-2021 13:07 | Bölmə: Slayd
Ermənistanda “Qarabağ klanı”na qarşı yeni birlik yaradılır - Ölkədə siyasi qarşıdurma böyüyür

Ermənistan hökuməti erkən parlament seçkilərinə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Qəzet iddia edir ki, Baş nazir Nikol Paşinyan bu məqsədlə müxalif siyasətçilərlə görüşərə müzakirələr aparıb. Qeyd edilir ki, Qurgen Arsenyan “Mənim addımın” bloku ilə seçkilərə getməyə razılıq verib. Paşinyanın Arman Babacanyanın “Respublika naminə” və Edmond Marukyanın “İşıqlı Ermənistan” partiyalarını da bloka daxil etmək niyyəti var. Ancaq hələlik tərəflərin bu məsələdə razılıq əldə edib-etməməsi dəqiq bəlli deyil. Sonuncu iki partiya parlamentdə təmsil olunsa da, Paşinyana qarşı çıxış edir.

Bu arada Nikol Paşinyanın bəzi addımları diqqət çəkir.

“Hraparak” qəzeti bildirir ki, ötən gün Paşinyan səhiyyə naziri Arsen Torosyanı vəzifəsindən kənarlaşdırıb. Az sonra məlum olub ki, Torosyan hökumət aparatının rəhbəri vəzifəsinə təyin edilib. Bununla Paşinyan həm Eduard Ağanyandan xilas olub, həm də faktiki Erməni Milli Konqresi ilə hiss edilməyən əməkdaşlığın qorunub saxlanılmasına nail olub.

Qeyd olunur ki, müharibədən sonra Torosyan Nikol Paşinyanı ciddi tənqid edib və onu hakimiyyətdən getməyə səsləyib. Amma buna rəğmən nazir postunu qoruyub, indisə Ermənistan hökumətinin aparat rəhbəri vəzifəsinə gətirilib.

İddia edilir ki, Torosyana daha böyük vəzifə verməklə əslində Paşinyan Erməni Milli Konqresinin sədri Levto Ter-Petrosiyanla hiss olunmayacaq əməkdaşlığa çalışır. Erməni Milli Konqresi ilə yaxın və sıx əlaqələri olan Torosyan isə bu işdə uğurlu körpü rolunu oynaya bilər.

Bəzi iddialara görə, Torosyanın Ermənistanda düşməni çoxdur. O, Səhiyyə naziri vəzifəsinə təyin edildikdən sonra azı 4 nəfəri məhkəməyə verib. Amma reallıq odur ki, Nikol Paşinyan Erməni Milli Konqresi ilə münasibətləri qaydaya salacağı təqdirdə seçkilərdə onun qarşısında “Qarabağ klanı”nın duruş gətirməsi mümkün olmayacaq.

Qeyri-rəsmi rəqəmlərə görə, Nikol Paşinyan seçkilərə gedərsə, azı 50 faiz səs toplaya biləcək. Bu isə ona imkan verəcək ki, hakimiyyətini bir qədər də davam etdirə bilsin. Məhz bu səbəbdən Vazgen Manukyanın lideri olduğu parlamentdən kənar müxalifət yeni seçkilərin Paşinyansız keçirilməsini tələb edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}