16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Təhsil naziri: “Əyani tədris mərhələli şəkildə bərpa olunacaq”
Tarix: 22-01-2021 12:24 | Bölmə: Slayd
Təhsil naziri: “Əyani tədris mərhələli şəkildə bərpa olunacaq”

“Fevralın 1-dən ölkənin bütün ərazisində məktəblər açılır, ibtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir”.

Reyting.az
xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər üzrə əyani təhsil iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə olmaqla, digər bölgələrdə isə həftədə 4-5 dəfə bərpa olunmasına qərar verilib.

Nazir bildirib ki, fevralın 1-dən etibarən 2 həftə ərazində təhsillə bağlı növbəti qərarlar veriləcək.

Nazir deyib ki, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri və ali təhsil müəssisələrində də qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur: “Metronun açılması ilə bağlı qərar verilərsə, bu, 5-9-cu sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri üçün şərait yarada bilər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}