Rusiyaya yeni sanksiya: “Şimal Axını-2”-yə dəstək verənlər cəzalandırılacaq - Foto
Tarix: 19-02-2021 15:50 | Bölmə: Slayd
Rusiyaya yeni sanksiya: “Şimal Axını-2”-yə dəstək verənlər cəzalandırılacaq

ABŞ-ın yeni hökuməti Rusiyanın “Şimal Axını-2” layihəsinin inşasına kömək etdiyinə inandığı şirkətlərin adlarını açıqlayacaq.

Reyting.az
xəbər verir ki, “Röyter” agentliyinin əldə etdiyi mötəbər məlumatlara görə, fevralın 19-da Dövlət Departamentinin hesabatı Konqresə təqdim ediləcək.

Hesabatda Rusiyanın “Şimal Axını-2” qaz boru xəttinin inşa edilməsinə köməklik göstərən şirkətlərin siyahısı da olacaq. Hələlik bu şirkətlərin hansı ölkələrə məxsus olduğu açıqlanmır.

Dörd mənbə yanvarın 1-dən etibarən tətbiq olunan sanksiya qanununu əsas tutaraq Konqresin Baydendən siyahıda adı olan şirkətlərə qarşı da sanksiya tətbiqini tələb edəcək. Prezident Baydenin isə müttəfiqləri ilə məsləhətləşmə müddətindən istifadə edərək bu tələbi müəyyən müddətə təxirə sala bilmə imkanlarının olduğu bildirilir.



Xatırladaq ki, ABŞ prezidenti Baydenin sözçüsü Jen Psaki bəyan edib ki, “Şimal Axını-2” qaz kəmərinin Avropa üçün “pis razılaşma” olduğuna inanır.

Hazırda ABŞ Konqresinin mütləq əksəriyyəti sanksiyalar haqqında düşünür. Amma Bayden eyni zamanda rus qazına son dərəcə ehtiyacı olan Almaniyanın da təzyiqləri altındadır.

Qeyri-rəsmi məlumatlara görə, “Şimal Axını-2” layihəsinin baş tutmasına 10 milyard dollardan çox maliyyə xərcləndiyi, işlərin başa çatmaq ərəfəsində olduğu qeyd edilir. ABŞ bu layihəni dayandırmağa müvəffəq olarsa, rəsmi Moskvaya ən ciddi zərbəni vuracaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}