07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ceyms Cefri: “Artıq dövr dəyişib, bu, həmin Türkiyə deyil”
Tarix: 20-02-2021 15:23 | Bölmə: Slayd
Ceyms Cefri: “Artıq dövr dəyişib, bu, həmin Türkiyə deyil”

“Türkiyənin tərəf dəyişdiyini və ya onun Soyuq savaş dövründə istədikləri kimi davranacağını düşünənlər, bu ölkəni müttəfiq kimi qəbul edənlər böyük səhvə yol verirlər. Artıq dövr dəyişib”.

Reyting.az
xəbər verir ki, bu sözləri Vaşinqtonda Vilson Mərkəzinin Yaxın Şərq Proqramının başına gətirilən Ceyms Cefri deyib.

Uzun illər ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra etmiş C. Cefri hesab edir ki, Türkiyə və Rusiya təbii rəqiblərdir. Onun sözlərinə görə, Ankara-Moskva münasiətləri “toz-dumanlı deyil, qarmaqarışıq”dır.

C. Cefri əlavə edib ki, Rusiya Türkiyə üzündən Suriyanın İdlib bölgəsində, Liviya və Dağlıq Qarabağda hərbi baxımdan geri çəkilmək məcburiyyətində qalıb.

Sabiq diplomat bildirib ki, ABŞ Yaxın Şərqdə təhlükəsizlik rolunu həyata keçirməkdən uzaqlaşıb. Onun fikrincə, “S-400” kompleksləri mövusunda hər iki tərəf güzəşt və səmərəli əlaqə haqqında düşünməyənə qədər Amerika ilə Türkiyə arasında sərt mövqe davam edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}