Qar yağacaq, yollar buz bağlayacaq - Proqnoz
Tarix: 21-02-2021 13:29 | Bölmə: Slayd
Qar yağacaq, yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir.

Reyting.az
xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək. Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 23-ü axşam şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimal olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}