10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Paşinyan: "Qarabağ döyüşlərində "İsgəndər" raketləri atdıq, amma partlamadı..."
Tarix: 24-02-2021 00:37 | Bölmə: Slayd
Paşinyan: "Qarabağ döyüşlərində "İsgəndər" raketləri atdıq, amma partlamadı..."

Ermənistan Azərbaycanla müharibə zamanı "İsgəndər" raketindən istifadə edib, lakin raket partlamayıb.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan erməni KİV-lərinə müsahibəsində deyib.

N. Paşinyan sabiq prezident Serj Sarkisyana cavabında bildirib: "İsgəndər" raketinin niyə partlamadığı və ya niyə, məsələn, 10 faizinin partladığı barədə sual versin".(Bu raketlər Sarkisyanın hakimiyyəti dövründə Rusiyadan alınıb-Red.)

Baş nazir həmçinin S. Sarkisyanın "məxməri inqilab"dan sonra silahların alınması proqramında dəyişikliklər edildiyi barədə sözlərini də təkzib edib.

S. Sarkisyanın hakimiyyəti Paşinyana deyil, Karen Karapetyana verdiyinə dair açıqlamasını şərh edən N. Paşinyan bildirib: "Bu rədd edilmiş necə kiməsə hakimiyyəti verib və ya verməyə bilərdi?".(Milli.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}