16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Bakıda 8-9 dərəcə şaxta gözlənilir
Tarix: 24-02-2021 11:59 | Bölmə: Cəmiyyət
Bakıda 8-9 dərəcə şaxta gözlənilir

Hazırda Bakıda havanın temperaturu 5 dərəcə şaxtaya yaxındır. Respublikanın dağlıq rayonlarında isə 15 dərəcəyə yaxın şaxta qeydə alınır.

Reyting.az
xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yağıntılar ölkə ərazisində qeyri-bərabər şəkildə paylanılıb. Ən çox yağıntı ölkənin şimal bölgəsinə düşüb.

U. Tağıyeva qeyd edib ki, gün ərzində əlverişsiz hava şəraiti davam edəcək. Hazırda isə prosesin ən kəskin dövrü müşahidə edilir. Axşama yaxın yağıntıların intensivliyi bir qədər azalacaq:

"Hazırda Bakıda çovğun qeydə alınır. Axşama doğru şaxta daha da güclü olacaq. Əgər bu gecə havanın temperaturu mənfi 4,8 dərəcə idisə, 24-dən 25-ə keçən gecə temperaturun mənfi 8-9 dərəcəyə yaxınlaşacağı gözlənilir".(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}