16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
İngilislər ABŞ-a Türkiyə-Rusiya münasibətlərini əngəlləməyi tövsiyə edir - Foto
Tarix: 24-02-2021 13:00 | Bölmə: Slayd
İngilislər ABŞ-a Türkiyə-Rusiya münasibətlərini əngəlləməyi tövsiyə edir

Populyar ingilis dərgisi “The Economist” Rusiya prezidenti Putin ilə Türkiyə lideri Ərdoğan arasında yaxın münasibətlərə diqqət çəkərək ABŞ prezidenti Con Baydenə məsləhət verib.

Reyting.az
xəbər verir ki, “The Economist” Ərdoğan və Putinin güclü əlaqələr qurduğunu, ancaq bunun həssas olduğunu yazıb.

Ankara və Moskvanın yaxın əməkdaşlığından bəhs edilən məqalədə Türkiyənin qərbə nəzərən Rusiya ilə daha sıx işlədiyi vurğulanır.



Azərbaycan, Suriya və Liviyada türk dronlarının rus hərbi sistemlərini məhv etməsinin bu əlaqələrə böyük təsir göstərmədiyini, hər iki liderin bir-birini öyən açıqlamalar verdiyinə diqqət çəkən “The Economist” Baydenə aşağıdakı məsləhət və tövsiyələri də verib:

“Hazırda Türkiyə əlaqələrdə bağlama rolunu oynayan ölkədir. Üstəlik, qərb ittifaqından tədricən uzaqlaşan dövlətdir. Fəqət Türkiyənin Rusiya ilə yaxın zamanlarda başlatdığı əməkdaşlığın təməli çox zəifdir və geri dönə bilər. ABŞ prezidenti Baydenin diqqət etməsi lazım olan məsələlərdən biri Türkiyənin qərbdən uzaqlaşaraq Putinlə daha da yaxınlaşmasını əngəlləmək olmalıdır. Bu, həm də prioritetlər sırasında birinci olmalı məsələdir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}