“Rusiya çətin tərəfdaşdır, amma...” - Çavuşoğlu
Tarix: 06-05-2021 13:40 | Bölmə: Siyasət
“Rusiya çətin tərəfdaşdır, amma...” - Çavuşoğlu

“Rusiya ilə anlaşmaq həmişə mümkün olmur”.

Reyting.az
“Frankfurter Allgemeine Zeitung”a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Almaniya qəzetinə verdiyi müsahibədə o, bəzi məsələlərdə Moskva və Ankaranın fikirlərinin fərqli olduğunu, ancaq bölgənin ən əhəmiyyətli oyunçularından biri olan Rusiya ilə açıq dialoqun və qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Çavuşoğlu vurğulayıb: “Biz Rusiya ilə işgüzar münasibət qurmağa çalışırıq. Bəzi regional məsələlərdə Rusiya ən vacib aktordur. Eyni zamanda, müsbət nəticələr əldə etmək həmişə asan olmur, amma mümkündür. Bu o demək deyil ki, bütün mövzularda eyni fikirdəyik. Bununla birlikdə dialoq kanallarını açıq tutmağı bacara bilərik”.

Xarici işlər naziri Türkiyənin milli maraqlarını qorumalı olduğunu və ölkənin təhlükəsizliyinin pozulmayacağını vurğulayıb. “Rusiya bunu başa düşür. Mümkün olduğu təqdirdə, Rusiya ilə əməkdaşlıq edirik, amma lazım olduqda sarsılmaz qalırıq”.

Nazir Rusiya ilə dialoqun regional və beynəlxalq sabitliyə töhfə verməli olduğunu qeyd edib. "Suriya buna bir nümunədir. Aydındır ki, fikirlərimiz bir-birindən fərqlənir və buna baxmayaraq, birlikdə işləmə yollarını tapdıq. Nəticələrdən biri də BMT-nin 2254 saylı qətnaməsinin yeganə işləmə mexanizmi olan Konstitusiya Komitəsidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}