14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Qarabağdakı sülhməramlılara yeni komandan təyin olunacaq
Tarix: 13-05-2021 12:03 | Bölmə: Siyasət
Qarabağdakı sülhməramlılara yeni komandan təyin olunacaq

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general Rüstəm Muradovu general-leytenant Aleksey Avdeev əvəz edəcək.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, sülhməramlıların yeni komandanı bu ay ərzində regiona gələrək vəzifəsinin icrasına başlayacaq.


R. Muradov

Qeyd olunur ki, general-leytenant Rüstəm Muradovun general Avdeevlə əvəzlənməsi rotasiya qaydasına uyğun formada həyata keçirilir.

Məlumata görə, general Avdeev qısa müddətə bölgəyə gələcək və bu ayın sonundan vəzifəsinin icrasına başlayacaq.

Məlumat üçün bildirək ki, general Avdeev 1967-ci il mayın 17-də Daşkənddə doğulub.

Suvorov Hərbi Məktəbini bitirib. Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif komandanlıq vəzifələrində xidmət edib. 1999-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Kombinə Silahlar Akademiyasını bitirib.

2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının məzunu olub.


A. Avdeev

Motorlu tüfəng diviziyası komandiri, Sibir Hərbi Dairəsinin Təşkilat və Səfərbərlik İşləri üzrə Baş Qərargah Başçısının müavini (Novosibirsk), 41-ci Ümumqoşun Birliyinin komandan müavini vəzifələrini icra edib.

Mərkəzi Hərbi Dairədə Baş Qərargah rəisi, Qərb Hərbi Dairəsində komandan müavini olub.

Hazırda Cənub Hərbi Dairənin komandan müavinidir.

Şimali Qafqaz bölgəsində döyüş əməliyyatlarında iştirak edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}