11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Statussuz Qarabağ: separatçılar yeni reallıqla barışmalıdır
Tarix: 11-06-2021 10:21 | Bölmə: Slayd
Statussuz Qarabağ: separatçılar yeni reallıqla barışmalıdır

44 günlük Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərindəki qələbəsi regionda yeni reallıqlar yaradıb. Azərbaycanın 20 faiz ərazisini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan və onun himayə etdiyi Qarabağdakı erməni silahlı dəstələri, eləcə də erməni separatçıların təsirindən hələ də xilas ola bilməyən mülki erməni vətəndaşlar da artıq yeni reallıqla hesablaşmalıdırlar.

Xatırladaq ki, Vətən müharibəsinin yaratdığı yeni reallıqlardan biri Azərbaycan-Ermənistan dövlət sərhədinin ölkələrin ərazi toxunulmazlığı prinsiplərinə uyğun şəkildə, beynəlxalq qanunlara əsaslanmış delimitasiya və demarkasiyasıdırsa, digəri Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə ayrıca statusun verilməsinin rədd edilməsidir. Vaxtilə Çar Rusiyası tərəfindən digər ölkələrdən Azərbaycanın Qarabağ bölgəsinə köçürülən, sonradan Sovet imperiyası tərəfindən həmin ərazidə yaşayan ermənilərə verilmiş xüsusi statusun yenidən verilməsinə ehtiyac yoxdur. Çünki Qarabağın dağlıq hissəsi də daxil olmaqla, bu ərazilər Azərbaycanın tərkib hissəsidir və həmin ərazilərdə təkcə ermənilər yaşamayıb. Ən əsası, Qarabağ üzərində qərar vermək həm Azərbaycan dövlətinin, həm də xalqın müstəsna hüququdur, nəinki məhdud sayda separatçı ermənilərin.

Qeyd edək ki, istər müharibənin gedişində, istərsə də noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandıqdan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev status məsələsinə çox aydın şəkildə izah verib, Qarabağın dağlıq hissəsinə belə bir hüququn tanınmayacağını bildirib. Prezident deyib ki, Dağlıq Qarabağın statusu müzakirə predmeti deyil. Dövlət başçısı diqqətə çatdırıb ki, Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Prezident əlavə edib ki, orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır.

Rusiya Federasiyasının Prezidenti cənab Putin də Dağlıq Qarabağın statusu məsələsinə toxunub. Rusiyanın dövlət başçısı bildirib ki, Dağlıq Qarabağın statusu gələcək rəhbərlərin həll edəcəyi məsələdir. Nəzərə alsaq ki, Putin 2036-cı ilə qədər hakimiyyətdə qalmağı düşünür, deməli, bu məsələ 2036-cı ildən sonraya qalır. Bu isə o deməkdir ki, Azərbaycan xalqının da istəmədiyi status məsələsi tarixin toz basmış arxivinə atılıb və nə vaxtsa reallaşması mümkün olmayacaq.

Rusiyanın ermənipərəst mövqeyi ilə seçilən xarici işlər naziri Sergey Lavrov da bu günlərdə Dağlıq Qarabağın statusu məsələsinə yenidən toxunub. O, “Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə razılaşdırılmalıdır, lakin indi bu məsələyə deyil, dinc həyatın qaytarılmasına diqqət yetirilməlidir”, - deməklə status məsələsinin vacib olmadığına, Rusiyanın gündəmindən çıxarıldığına işarə edib. Çox güman ki, Lavrovun “status problemi qaldırılmamalı, əksinə, etimad tədbirlərinin gücləndirilməsinə, humanitar məsələlərin həllinə diqqət yetirilməlidir”,- deməsindən erməni separatçıları da nəticə çıxarmalıdırlar.

Bütün bunlar isə onu deməyə əsas verir ki, status bəhanəsi ilə regionda yeni gərginlik yaratmaq istəyən qüvvələr də, separatizmə meylli ermənilər də əsassız ərazi iddialarından əl çəkməli, bölgədə dinc yaşayışın bərpası və sosial rifah haqqında düşünməli, müharibənin yaratdığı yeni reallıqla barışmalıdırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}