16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistanda seçkilər: kriminal avtoritetlər kimi dəstəkləyəcək?
Tarix: 12-06-2021 11:15 | Bölmə: Slayd
Ermənistanda seçkilər: kriminal avtoritetlər kimi dəstəkləyəcək?

Ermənistanda keçirilən seçkilərdə mühüm rol oynayan kriminal avtoritetlər iyunun 20-də keçiriləcək seçkilərdə əsasən bitərəf mövqe tutmaq qərarı veriblər.

Reyting.az
“Hraparak” qəzetinə istinadla xəbər verir ki, kriminal avtoritetlər hər zaman seçkilərdə hakimiyyəti müdafiə edib.

Nəşrin yazdığına görə, cinayət aləminin nüfuzlu erməni simaları bəzi istisnalarla seçkiqabağı posesə qarışmamaq, heç bir güclə işləməməyə üstünlük verirlər.

Məsələn, Çax Rüstəm ləqəbli Rüstəm Stepanyan və ətrafı Mülki Müqavilə Partiyasına dəstəkləyir.

Don Dipo qardaşının ölümü səbəbiylə 40 gün yasda olacaq və bu səbəbdən də seçki prosesinə müdaxilə etməyəcək.

Digər bir cinayətkar Aper heç bir şeyə müdaxilə etməyəcəyini, bitərəf mövqe tutacağını açıqlayıb.

Qəzetin iddiasına görə, Hayk Sarkisyan tərəfindən əlaqələndirilən Noratusla Ara və Alik Banduryan qardaşları da hakimiyyətin xeyrinə işləyəcəklər.

“Bizə bir gün əvvəl səlahiyyətlilərin müxtəlif səbəblərdən xaricdə olduqları və Ermənistana girişinə icazə verilməyən bütün kriminal aləmin nümayəndələrini onları dəstəkləmək üçün vətənə qayıtmasına icazə verdiyi bildirilib”,-qardaşlara yaxın mənbə qeyd edib.

Qəzet iddia edir ki, bir neçə gün əvvəl bir sıra kriminal avtoritetlər və bu aləmin nüfuzlu şəxsləri polis idarələrinə dəvət ediblər. Onlardan Nikol Paşinyana dəstək vermələri istənilib. Ancaq əksəriyyəti bu təklifi qəbul etməyib. Təhlükəsizlik qüvvələri bu vəziyyətdə kiriminal ünsürlərə ən azından Robert Köçəryana dəstək olmayacaqlarına dair söz verməli olduqlarını deyiblər. Bəzi kriminallar bununla razılaşsa da, bəziləri müxalifət düşərgəsində dostları olduqları üçün onlara kömək etməyəcəklərinin real olmadığını bildiriblər. Kiçik bir hissə isə bu məsələnin siyasət deyil, vətənlə əlaqəli olduğunu deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}