17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Türk dronları Rusiyanın narahatlığını artırır
Tarix: 12-06-2021 14:20 | Bölmə: Slayd
Türk dronları Rusiyanın narahatlığını artırır

Dünya mediası Türkiyə hərbi texnologiyasının məhsulu olan “Bayraqdar” pilotsuz uçuş apartlarını (PUA) almaq üçün ölkələrin sıraya durduğunu yazdığı halda Rusiya KİV-lərinin məlumatlarından bəlli olur ki, ölkələrində bundan dərin narahatlıq hissi keçirirlər.

Reyting.az
xəbər verir ki, Ukrayna, Qətər, Azərbaycan, Tunis və Polşaya ixrac edilən PUA-lar son dövrlər İsveç mediası və hərbi mütəxəssislərin diqqətini çəkib.

“Ankaranın PUA yüksəlişi” başlığından istifadə edən İsveçrənin SRF kanalı Türkiyənin istehsalı olan və satdığı silahları yalnız NATO bazasında deyil, Rusiya üzərindən də təzyiq qurduğunu açıqlayıb.



Polşanın Müdafiə naziri Mariusz Blaszkzakın mayın 19-dakı “Tvitter” paylaşımına istinad edən telekanal NATO və Avropa Birliyinin üzvü olan ölkənin “Bayraqdar TB2” aldığını xüsusi qeyd edib və bunu hərbi çevrələr üçün sürpriz adlandırıb.

Mənzili 150 kilometrə çatan PUA-lardan Polşanın Şərq sərhədlərində istifadə ediləcəyini bildirən İsveçrə telekanalı Varşavanın “Bayraqdar TB2”-ni satın alan ilk NATO üzvü olduğunu da xatırladıb.

Türkiyənin dünyada üçüncü ən böyük PUA gücü halına gəldiyini bildirən Avropa mediası Qərb ölkələrinin Türkiyənin öz PUA proqramını necə qurduğunu yaxından izlədiyini qeyd edib.

Suriya, Liviya və Qarabağda özünü təsdiqləyən “Bayraqdar TB2”-nin hava hakimiyyətində qərarverici rol oynadığını diqqətə çatdıran SFR kanalı bu bölgələrdə Rusiyanın dəstəklədiyi qüvvələrin məğlubiyyətlə üzləşdiyini bildirib.

Ankaranın təhlükəli oyun oynadığını iddia edən Avropa mediası Ukraynaya PUA satışı ilə hərəkətə keçən rəsmi Moskvanın türk hərbi texnologiyasının öz arxa bağçasına daxil olmasına susqun qalmayacağı düşüncəsindədir.

ABŞ, İsrail və Çinin hazırda ən böyük dron istehsalçısı olduğunu bildirən İsveçrə televiziyası bu üç ölkənin yeni bir rəqabətlə üzləşməsindən narahat olduqlarını qeyd edir. Səbəb kimi Türkiyə hərbi sənaye məhsulu –“Bayraqdar TB2”-nin özünü çoxdan təsdiqləməsini göstərir.

Rusiya hərbi çevrələrinə yaxın olan avia.pro-nun məlumatında isə bildirilir ki, Qara dəniz regionunda ölkələr aktiv olaraq yenidən silahlanma və Krıma mümkün hücumda istifadə edə biləcək “Bayraqdar TB2” dronlarını hər vasitə ilə əldə etmək istəyirlər.

“Bu günə qədər Ukrayna, Rumıniya, Bolqarıstan və Gürcüstanın “Bayraqdar TB2” hücum dronları ilə silahlanmağı planlaşdırdığı məlumdur və bu ciddi bir risk deməkdir”,- Rusiya Müdafiə Nazirliyinə yaxın olan hərbi sayt yazır.

Türkiyənin pilotsuz hücum təyyarələrinin kütləvi istifadəsinə gəldikdə, mütəxəssislər bunun əhəmiyyətli bir təhlükə yaratdığına diqqət çəkiblər. Xüsusilə, Türkiyənin NATO üzvlüyü və Ankara baxımından Krıma yönəlik bəzi təhdidlər, Türkiyənin Rusiyaya qarşı hərəkət etməyi planlaşdırıb-planaşdırmadığı suallarını gündəmə gətirirlər.



Avio.pro qeyd edir ki, Suriya, Liviya və Qarabağ müharibələri türk PUA-ları ilə mübarizədə Rusiyanın yetərli silahlara sahib olmadığını göstərib. Bununla belə dünya mediası Rusiya müdafiə sistemlərinin “Bayraqdar TB2” qarşısında aciz duruma düşdüyünü yazmaqda davam edir.

Yaponiya mediasında qeyd olunur ki, “Bayraqdar TB2”-nin yeni potensial müştəriləri arasında İngiltərə, Çexiya, Macarıstan, Bolqarıstan və Albaniya da var.

Qeyd edilib ki, Polşa səmalarında uçacaq türk dronları Rusiya üzərində təzyiqləri daha da artıracaq.

Rusiya ilə Kalininqrad istiqamətində sərhədi olan Polşa ilk NATO ölkəsidir ki, son illər Türkiyədən 24 ədəd “Bayraqdar TB2” dronu alıb.

Polşadan əvvəl Ukrayna “Bayraqdar TB2” dronları ilə Rusiyaya güc nümayiş edib.

Qeyd edək ki, hazırda dünyanın ən bahalı hava döyüş silahı “F-35” qırıcıları sayılır. Hərbi mütəxəssislərin fikrincə, bir ədəd “F-35”-ə xərclənən vəsait hesabına 24 ədəd “Bayraqdar TB2” almaq olar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}