10:00 / 18-04-2024
Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə münasibət bildirib
09:45 / 18-04-2024
Yeni model avtomobil həvəskarlarını heyran edir - Fotolar
09:43 / 18-04-2024
Xankəndidə yenə silah-sursat aşkarlanıb
09:06 / 18-04-2024
Bayden Ukraynaya yardım paketini dəstəkləyib
09:03 / 18-04-2024
Ağdamda minaatan qurğular tapılıb
09:03 / 18-04-2024
Tbilisidə mitinq başa çatıb
09:00 / 18-04-2024
Kolumbiya da BRİCS-ə maraq göstərir
08:57 / 18-04-2024
Donald Tramp sülh vasitəçisi ola bilər
08:52 / 18-04-2024
Pekin Tel-Əvivə müraciət edib
00:40 / 18-04-2024
Ermənistan qanunsuz mühacir alverinə qoşulur
00:15 / 18-04-2024
İsrail Qəzzada məktəbi bombalayıb - 2-si uşaq olmaqla 4 nəfər ölüb
00:03 / 18-04-2024
Başlıbel qətliamından 31 il ötür
23:54 / 17-04-2024
Türkiyə yeni raketini sınaqdan keçirib
23:23 / 17-04-2024
Gəlin öz toyunda dünyasını dəyişib
22:49 / 17-04-2024
CHP sədri AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
21:23 / 17-04-2024
Vəhşi təbiətlə bağlı yeni şəkillər nümayiş olunub - Fotolar
21:16 / 17-04-2024
İran istənilən vaxt nüvə silahı yarada bilər
21:00 / 17-04-2024
9 milyon manatlıq mənimsəmə… - Məhkəmə prosesi yekunlaşır
20:49 / 17-04-2024
ABŞ Çin-Rusiya münasibətlərindən narahatdır
19:37 / 17-04-2024
Bir milyard insana və böyük iqtisadiyyata təhlükə yaranıb - Xəbərdarlıq
18:51 / 17-04-2024
Ukrayna dronları Tatarıstandakı təyyarə zavoduna hücum edib
18:00 / 17-04-2024
Xalq yazıçısı xəstəxanadan evə buraxılıb
17:51 / 17-04-2024
Rusiya Çerniqova zərbə endirib: 15 nəfər ölüb, 61-i yaralanıb
17:41 / 17-04-2024
Qərb ölkələrinin səfirləri Gürcüstan prezidenti ilə görüşüb
17:30 / 17-04-2024
Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - Video
17:06 / 17-04-2024
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
16:57 / 17-04-2024
Əfv Məsələləri Komissiyası daha 100-dən çox müraciətə baxıb
16:48 / 17-04-2024
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanılıb
16:40 / 17-04-2024
Milli Şuranın mitinqinə icazə verilməyib
16:31 / 17-04-2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
21:57 / 13-04-2024
Nəhəng rəqəmsal kamera kainatı araşdıracaq - Fotolar
22:08 / 13-04-2024
Nadir heyvan növü insan ovcuna yerləşir
00:07 / 14-04-2024
İran İsrailə PUA-larla hücum edib
00:02 / 15-04-2024
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
18:06 / 14-04-2024
İordaniya Kralı COP29-a dəvət olunub
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
21:49 / 13-04-2024
Məşhur müğənni ağır xəstəlikdən əziyyət çəkir - Foto
11:40 / 13-04-2024
Xankəndi şəhərində silah-sursat aşkarlanıb
23:11 / 14-04-2024
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14:18 / 14-04-2024
Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb
14:12 / 13-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
Qarabağda basdırılmış digər minaların xəritələri tələb olunur
Tarix: 14-06-2021 11:47 | Bölmə: Slayd
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritələrinin verilməsi barədə bəyanat yayıb.
Reyting.az xəbər verir ki, S. Əliyevanın bəyanatda deyilir:
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan minalı ərazilərlə bağlı narahatlığımı bir daha ifadə edirəm.
Ermənistan və Azərbaycan arasında 44 gün davam etmiş müharibə 10 noyabr 2020-ci il tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanata əsasən başa çatmış və Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əraziləri azad edilmişdir.
Azad olunmuş ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər, demək olar ki, Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmış, həmin ərazilərdə yüz minlərlə mina basdırılmışdır. Minalar isə onilliklər boyu aktiv qala və ciddi risk daşıya bilər. Onların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.
Müharibənin başa çatmasından sonra hərbi qulluqçular və mülki şəxslərin minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş vermişdir. Belə ki, münaqişə bitdikdən sonra müxtəlif növ minalar və digər partlayıcı qurğuların mövcudluğu səbəbindən 140-dan çox insan minaya düşmüş, 27 şəxs mina partlaması nəticəsində həlak olmuşdur.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində basdırdığı minaların xəritələrinin verilməsindən imtina etməsi ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq tərəfimdən dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırılmış, bununla bağlı beynəlxalq təşkilatlara öz narahatlığımı bildirmişəm.
Ermənistan isə hər dəfə onlarda bu xəritələrin olmaması və digər bəhanələrlə mina xəritələrini verməkdən imtina etmiş, beynəlxalq hüquq və humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq onlarla günahsız insanların həlak olmasına və ya sağlamlıqlarını itirməsinə səbəb olmuşdur.
Məlum olduğu kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində Azərbaycanda saxlanılan 15 nəfər erməni hərbi qulluqçunun Ermənistana təhvil verilməsi ilə bağlı humanitar aksiya həyata keçirilmişdir.
Azərbaycanın işğaldan azad edilmiş yalnız bir rayonunda 100 minə yaxın müxtəlif növ minanın basdırılması faktı, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Yeğvard şəhərində seçkiqabağı təbliğat kampaniyası çərçivəsində öz seçiciləri ilə görüşdə Azərbaycana təqdim olunmuş mina xəritəsinin əllərində olan xəritələrin kiçik bir hissəsi olduğunu rəsmi olaraq bəyan etməsi bizim davamlı olaraq beynəlxalq təşkilatlara ifadə etdiyimiz narahatlığın nə dərəcədə əsaslı olduğunu bir daha göstərmiş oldu.
Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla və minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırmaqla beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyasının 1 saylı Əlavə Protokolunun tələblərini pozur və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir.
Günahsız insanların həyat və sağlamlığını qorumaq və insan hüquqlarının pozulmasına son qoymaq naminə qətiyyətlə işğaldan azad edilmiş digər rayonların da mina xəritələrinin verilməsini tələb edir, bütün müvafiq beynəlxalq təşkilatları mandatları çərçivəsində təcili tədbirlər görməyə çağırıram".
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:00
Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə münasibət bildirib
Bu gün, 00:40
Ermənistan qanunsuz mühacir alverinə qoşulur
Dünən, 14:06
Rusiya sülhməramlıları Qarabağı tərk edir
Dünən, 10:48
İrana yeni sanksiyalar tətbiq olunacaq
Dünən, 09:33
Ərdoğan Putini Türkiyədə gözləyir
16-04-2024, 19:15
Siqaretin insan orqanizminə daha bir zərəri üzə çıxıb
16-04-2024, 16:27
Ukraynanın ikinci böyük şəhərini ələ keçirmək istəyirlər
16-04-2024, 13:34
Yaxın Şərq böyük müharibəyə daha yaxındır
16-04-2024, 13:25
İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, tədbirdə çıxış edib - (Yenilənib)
16-04-2024, 11:57
Qarabağ Universiteti ilə bağlı daha bir qərar verilib
16-04-2024, 11:05
İsrail İrandan qisas almağa hazırlaşır
16-04-2024, 10:42
MAQATE İranın nüvə proqramından məlumatsızdır
15-04-2024, 20:08
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
15-04-2024, 18:20
Ordunun illik xərci: İran 9, İsrail 24 milyard dollar ayırıb
15-04-2024, 17:41
Britaniya Rusiyanın aktivlərini müsadirə edə bilməyəcək
15-04-2024, 12:27
Tokayev və Paşinyan İrəvanda nəyi müzakirə edəcəklər?
15-04-2024, 12:07
Bayden vəziyyətə nəzarəti itirib
15-04-2024, 11:52
COP29-un keçiriləcəyi tarix bəlli olub
15-04-2024, 11:46
Yadplanetlilərin daha bir sirri açılır - Foto
15-04-2024, 11:24
Nazirlər Kabineti komitənin departamentini ləğv edib
15-04-2024, 11:08
Saxta müfəttişlər sahibkarları cərimə ilə təhdid edərək yoxlama aparıb
15-04-2024, 08:41
Yaxın Şərq dünya müharibəsi ilə üz-üzədir
14-04-2024, 00:07
İran İsrailə PUA-larla hücum edib
13-04-2024, 09:44
Tovuzun kəndi atəşə tutulub
12-04-2024, 20:16
Rusiyanın vaxtı daralır: 2025-ci ildə köhnə tanklar qalmayacaq
12-04-2024, 19:51
Ermənistan Rusiya ilə müzakirələrdən yayınır - Politoloq
12-04-2024, 19:33
İran İsrailə hücuma hazırlaşır
10-04-2024, 23:21
Paşinyan: “Qarabağ məsələsi çoxdan həll edilib”
10-04-2024, 18:06
Ermənilərdən daha bir təxribat: sərhədçimiz yaralanıb
9-04-2024, 18:36
Ermənilər növbəti təxribata əl atıb
9-04-2024, 15:38
Ərdoğan İlham Əliyevə zəng edib
9-04-2024, 13:41
İran Cənubi Qafqazda dəyişmiş geosiyasi mənzərəyə uyğunlaşır
9-04-2024, 11:56
İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
9-04-2024, 11:39
Prezident İlham Əliyev bölgələrdə səfərdədir - (Yenilənib) - Foto
9-04-2024, 09:12
Laçında mövqelərimiz atəşə tutulub
8-04-2024, 20:31
Məhkəmə “qanuni oğru” barəsində həbs qərarı verib
8-04-2024, 11:55
Azərbaycan-İran münasibətləri: Zəngəzur yoxsa Araz dəhlizi?
8-04-2024, 00:13
Planetlərarası rabitədə böyük dəyişiklik olacaq