Ən güclü 7 dövlət Çinə qarşı birləşir - Foto
Tarix: 14-06-2021 12:08 | Bölmə: Slayd
Ən güclü 7 dövlət Çinə qarşı birləşir

İngiltərədə keçirilən G7 zirvə görüşü ötən gün başa çatıb. Dünyanın ən güclü iqtisadiyyatına malik olan 7 dövlət (ABŞ, Yaponiya, Fransa, Almaniya, İngiltərə, Kanada, İtalya) bir sıra məsələlərlə bağlı ümumi razılaşma əldə ediblər.

Reyting.az
xəbər verir ki, G7-nin əldə etdiyi razılaşmanın iki mühüm istiqaməti var. Bunlardan biri dünyada ümumi bəla kimi mövcud olan COVİD-19 pandemiyasıdırsa, digəri Çinin qlobal layihələrinin şübhə altına alınmasıdır.

G7 zirvə toplantısından sonra əldə olunan qərarlar açıqlanıb. Dünyanın ən güclü iqtisadiyyatına sahib ölkələr koronavirusla mübarizə məqsədilə növbəti bir il üçün 1 milyard peyvəndi ehtiyacı olan kasıb ölkələrə çatdırmaq məsələsində razılaşıblar. Bu proses Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən idarə ediləcək. Bununla yanaşı mütəxəssislərin iştirakı ilə şəffaf və elmi şəkildə araşdırma aparılacaq.

G7 üzvləri eyni zamanda dünyada qlobal sağlamlıq risklərinə qarşı əməkdaşlığı gücləndirmək məqsədilə koordinasiyanın artırılması, öncədən xəbərvermə siqnalları sistemlərinin inkişafı məsələsində də razılıq əldə ediblər.

İclasda etimad olunan və təsirli peyvəndlərin inkişafı və bunun sınaqdan keçirilməsi üçün tələb olunan 300 günlük zamanın 100 günə qədər endirilməsinin hədəfləndiyi də qeyd edilib.



Bundan başqa, G7 üzvləri pandemiya müddətində öz iqtisadiyyatlarını dəstəkləmək məqsədilə 12 trilyon dollar maddi dəstək saxladıqlarını da vurğulayıblar:

“İqtisadiyyatlarımızı dəstəkləmək məqsədilə lazım olan dəstəyi davam etdirəcəyik”.

Mətbuata sızan məlumata görə, 7 ölkə lideri G7 zirvə görüşündə dünyanın ən böyük layihəsi olan Çinin İpək Yoluna alternativ layihə ortaya qoymağa da razılaşıblar.

ABŞ-dakı qaynaqların məlumatına görə, G7 ölkələri Çinin “Modern İpək Yolu” adlandırdığı “Bir Kəmər, Bir Yol” projesinə alternativ layihə həyata keçirməkdə qərarlıdır. İddia olunur ki, bu layihəyə 40 milyard dollar maliyyə ilə başlamaq mümkündür. Vaşinqton bunu qarşılamağı özəl sektorun iştirakı ilə qurulacaq fon sayəsində əldə etmək istəyir.

ABŞ mənbələri bildirir ki, ayrıca yaradılacaq alternativ layihənin iştirakçıları digər ölkələri özləri ilə Çin arasında seçim etmək məcburiyyətində qoymaq istəyirlər.

Adının çəkilməsini istəməyən amerikalı diplomat Çini şəffaflıq, iqlim müdafiəsi və beynəlxalq iş şərtləri standartlarına cavab verməməsinə görə tənqid edib, Pekinin bu layihə ilə bəzi ölkələrin pis vəziyyətə düşməsinə səbəb olduğunu bildirib.

Qeyd edək ki, G7 zirvə görüşü ilə bağlı yayılan bu xəbərə Çin dərhal reaksiya verib. Çinin Londondakı səfirliyinin sözçüsü bəyan edib ki, dünyanı maraqlandıracaq qərarların kiçik qrup ölkələr tərəfindən verilməsinin zamanı çoxdan keçib. Əlavə edilib ki, dünyanı maraqlandıran qərarlar bütün ölkələrin daxil olduğu görüşdə müzakirə olunmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}