14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
SOCAR-ın borcu təhlükəli həddə çatır
Tarix: 14-06-2021 13:34 | Bölmə: Slayd
SOCAR-ın borcu təhlükəli həddə çatır

Dövlət Neft Şirkəti (SOCAR) ölkənin payına düşən vəsaiti Dövlət Neft Fonduna (DNF) ödəməyib və 2020-ci ilin sonuna 1 milyard 134,4 milyon dollar borc yaranıb.

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, SOCAR-ın borcunun 134,6 milyon dolları 2016-cı ilin, 227,5 milyon dolları 2017-ci ilin, 288,4 milyon dolları 2018-ci ilin, 169,9 milyon dolları 2019-cu ilin, 314 milyon dolları 2020-ci ilin payına düşür.

Q. İbadoğlu əlavə edib ki, borc probleminin həlli məqsədilə SOCAR, DNF, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi arasında dördtərəfli razılaşma protokolu imzalanıb, amma nə faydası – ötən il SOCAR-ın Dövlət Neft Fonduna borcu daha da artıb. Belə davam edərsə, şirkət özü ilə yanaşı dövləti də müflis edəcək.

Qeyd edək ki, SOCAR neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. Qurumun tərkibində istehsalat birlikləri, zavodlar, trestlər, hüquqi və qeyri-hüquqi şəxs statuslu təsisatlar fəaliyyət göstərir.

Dövlət Neft Şirkətinə Rövnəq Abdullayev prezidentlik edir. 2020-ci il noyabrın 5-də qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2021-ci il yanvarın 23-də SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.

Professor qeyd edib ki, DNF 1999-cu ildə yaradılıb. Qurumun Müşahidə Şurasına baş nazir Əli Əsədov sədrlik edir, icraçı direktor postunu İsrafil Məmmədov tutur.

Rəsmi hesabata görə, 2021-ci il aprelin 1-nə fondun aktivləri 2021-ci ilin əvvəlinə nisbətən 1,84 faiz azalaraq 42 milyard 761,3 milyon ABŞ dollarına bərabər olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}