Kreml: Azərbaycanda türk hərbi bazasının yaradılması diqqətimizə aid məsələdir
Tarix: 18-06-2021 14:32 | Bölmə: Siyasət
Kreml: Azərbaycanda türk hərbi bazasının yaradılması diqqətimizə aid məsələdir

"Rusiya Azərbaycanda türk hərbi bazasının yaradılması barədə məlumatları diqqətlə izləyir”

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Dmitri Peskov əlavə edib ki, bu, diqqətimizə aid bir məsələdir.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Lavrov, Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdiriliməsi ehtimalı barədə məlumatları şayiələr adlandıraraq şərh etməkdən imtina edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Ərdoğan Azərbaycanla imzalanan Şuşa Bəyannaməsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ərazisində hərbi bazasının yaradılmasını istisna etməyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}