23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
FHN-nin xilasetmə qüvvələrinin 3-cü qrupu Türkiyəyə gedir
Tarix: 05-08-2021 06:52 | Bölmə: Gündəm
FHN-nin xilasetmə qüvvələrinin 3-cü qrupu Türkiyəyə gedir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu bu gün səhər saatlarında Türkiyə Respublikasına yola düşür.

Reyting.az
xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

Qeyd edək ki, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.

FHN-nin yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni uğurla davam etdirir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}