23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ağsuda başlayan yanğın Şamaxı rayonu ərazisinə keçib - Yenilənib+
Tarix: 05-08-2021 11:14 | Bölmə: Cəmiyyət
Ağsuda başlayan yanğın Şamaxı rayonu ərazisinə keçib

Ağsu rayonunun Gəgəli kəndinin şimal-qərb hissəsində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb.

Reyting.az
xəbər verir ki, ötən gün saat 22:30 radələrindən başlayaraq sözügedən ərazilərdə kol-kos yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.

Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır.

Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib.

Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da cəlb olunub.

***

Ağsu rayonunun dağlıq ərazisində dünəndən başlayan yanğın Şamaxı rayonu ərazisinə keçib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, Ağsunun Gəgəli kəndi tərəfində başlayan yanğının yanğınsöndürənlər və kənd əhalisinin köməkliyi ilə söndürülməsinə nail olunub.

Lakin yanğın Şamaxı rayonu istiqamətinə keçib. Hazırda həmin ərazidə yanğınsöndürmə işləri davam edir.

***

Son məlumata görə, Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri də cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Ağsu və Şamaxı rayonlarının mürəkkəb relyefi olan dağlıq ərazilərində baş verən yanğın söndürülüb.

Reyting.az
xəbər verir ki, bunu "Report"un Yuxarı Şirvan bürosuna Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sənan Feyzullayev deyib.

Şöbə müdirinin sözlərinə görə, yanğının lokallaşdırılması, söndürülməsi və meşə təsərrüfatlarına keçməsinin qarşısının alınması hadisə yerinə cəlb edilən canlı qüvvə, texnika və vasitələr sayəsində çətinliklə də olsa mümkün oldu: "Yanğının baş verdiyi ərazilərdə təhlükəsizlik məqsədi ilə işlər davam etdirilir. Yanğın tam söndürülüb, lakin kiçik və nəzərdən yayınan közlər və ocaq qalıqları sayəsində alov əmələ gələ və ərazidə yenidən yanğın baş verə bilər. Buna görə də FHN əməldaşları yanğının baş verdiyi ərazilərdə ən son təhlükəsizlik tədbirlərini həyata keçirirlər. Ərazidə yenidən alovların əmələ gəlməyəcəyinə tam əmin olduqdan sonra görülən tədbirlər başa çatdırılacaq".

S. Feyzullayev əlavə edib ki, yanğın zamanı heç bir ziyan qeydə alınmayıb: "Yanğının vaxtında ram edilməsi meşə və digər təsərrüfatlara ziyan verməsinin qarşısını almış oldu".






Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}