16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Tarix: 25-10-2021 17:39 | Bölmə: Gündəm
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Türkiyə Prezident Administrasiyası bildirib ki, R.T.Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük işgüzar səfər edəcək. Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda yeni inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.

Dövlət başçıları həmçinin Füzulidə yeni avtomobil yolunun açılışına qatılacalar.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Türkiyənin dəstəyi ilə işğaldan azad olunan Zəngilan rayonunda inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi nəzərdən keçiriləcək.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}