14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Avropa Birliyi ilə ABŞ arasında narazılıqlar artır
Tarix: 26-10-2021 10:21 | Bölmə: Slayd
Avropa Birliyi ilə ABŞ arasında narazılıqlar artır

“Belə bir fikir formalaşıb ki, müasir dünyamızda dəyərlər Avropa standatlarına uyğun olmalıdır. Artıq bu standartlar müxtəlif sahələrdə özünü göstərir. Dünya dövlətləri istər iqtisadi-siyasi baxımdan, istərsə də texnoloji və cəmiyyətin idarə olunması baxımından qanunları Avropa standartlarına uyğunlaşdırırlar. Müasir svilizasiyanın mərkəzi kimi Avropa və onun dəyərləri göstərilir. Bunun nəticəsidir ki, Avropa Birliyi inkişaf edir”.

Bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, dünyanın super gücü ABŞ Avropanı qeyri-rəsmi olaraq öz ştatı sayır və Avropa Birliyini (AB) təsiri altında saxlamağa çalışır. ABŞ bununla dünyaya sahib olmaq imkanları qazanır.

İnstitut rəhbərinin fikrincə, dünyanın idarə edilməsində ABŞ-ın əsas elemetlərindən biri və bəlkə də ən əsası dünya valyutası olan dollarıdır: “Bu, ABŞ-ın strateji baxımdan əsas elementlərindəndir. ABŞ dövləti dollara təhlükə yarada biləcək bütün halları aradan qaldırmağı ali məqsəd hesab edir”.

Fransa prezidenti Makronun avronu qloballaşdırmaqla bağlı bəyanatlarına gəlincə, A. Məsiyev bildirib ki, yaxın keçmişimizə nəzər salsaq görərik ki, hansı dövlət xarici ticarətində ödəniş vasitəsi kimi ABŞ dollarından imtina edibsə, həmin dövlətlərdə çevrilişlər və ya hakimiyyət dəyşiriliyi baş verib: “Misal üçün, Yaxın Şərqdə bir-birinin ardınca baş vermiş çevrilişlərə xatırlayın. Xüsusən də Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafi ilə Fransanın sabiq prezidenti Nikolya Sarkozi arasında əldə edilən razılığı göstərə bilərəm. Bu iki dövlət öz aralarında ticarət əlaqələrini digər vasitələrlə aparılması ilə bağlı razılığa gəlmişdilər. Bu anlaşmanın nəticəsi dünya içtimaiyyətinə yaxşı bəllidir - Qəddafi öldürüldü, Sarkozinin boynundan cinayət maddələri asıldı. Belə nümunələr çoxdur”.


A. Məsiyev

Siyasi şərhçi xatırladıb ki, Avropa Birliyi yaradılarkən onun dominantlığı üç əsas dövlətin - Almaniya, İngiltərə və Fransanın bazası əsasında bərqərar edilib: “Ümumilikdə Avropa Birliyinin iqtisadiyyatının güclənməsi, nəticə etibari ilə pul vahidi olan avronun dəyərinin möhkəmlənməsinə səbəb oldu. Bu isə ABŞ dollarına problem yaradırdı. Avronun güclənməsi ABŞ-ın srtategiyasına mane olurdu və bunun qarşısını almaq üçün ABŞ öz maraqlarına uyğun tədbir görməli idi. Bunun da nəticəsi kimi İngiltərənin AB-dən çıxmasını göstərmək olar.

Qeyd etmək yerinə düşər ki, istənilən toplumda siyasətin iqtisadiyyata, iqtisadiyyatın da siyasətə bağlığı var. Belə ki, AB-nin iqtisadi və siyasi baxımdan güclənməsi ABŞ-ı çox narahat edir. ABŞ-ın planları ilə İngiltərənin birlikdən çıxması siyasi baxımdan AB-nin zəifləməsinə hesablanmışdı.

ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalara AB-nin də daxil edilməsi Rusiya ilə yanaşı AB-nin iqtisadiyyatının zəifləməsinə hesablanmış strateji planın tərkib hissəsi idi”.

A. Məsiyev başqa bir misal da xatırladıb:

“İqtisadiyyatın inkişafında enerji xüsusi rol oynayır. Bu baxımdan AB-nin aparacı dövəti olan Almaniya ilə Rusiya arasında "Şimal axını-2" layihəsinin inşası vacib məsələdir. Bu layihənin işə düşməsi dolaysı ilə AB-nin iqtisadiyyatının güclənməsi deməkdir. Bildiyiniz kimi, ABŞ "Şimal axını-2" layihəsinin baş tutmaması üçün əlindən gələni edir. Hətta Almaniya dövətini hədələyir, qeyd etdiyim layihənin tikintisində iştirak edən şirkətlərə sankiyalar tətbiq etməkdən belə çəkinmir. ABŞ bu layihəyə mane olmaq üçün yayındırıcı siyasi bəhanələr gətirməklə məqsədini gizlətməyə çalışır.

AB iqtisadiyyatının zəifləməsi, onun pul vahidi olan avronun dəyərdən düşməsi deməkdir. Belə olan təqdirdə AB-nin idxal-ixrac əməliyyatları, iqtisadiyyatı ABŞ dollarından aslı vəziyyətə düşməklə yanaşı, siyasi asıllığı da qaçılmaz olur.

Bundan başqa, son zamanlar öz təhlükəsizliyini qorumaq üçün AB-nin vahid ordusunun yaradılması ideyasının gündəmə gəlməsi NATO rəhbərliyini narahat edir. Çünki AB-nin vahid ordusunun yaradılması NATO üçün uğurlu deyil. Vahid Avropa Ordusu yaradılarsa, ABŞ hərbi-siyasi vasitə kimi istifadə etdiyi rıçaqı itirmiş olur”.

Siyasi şərhçi sonda əlavə edib ki, Makronun avronu qloballaşdırmaqla bağlı istəyinin reallaşması da mümkün deyil: “Bunun üçün AB siyasi və iqtisadi baxımdan tam müstəqil olmalıdır. AB dünyanın siyasi arenasında yeni qlobal güc mərkəzinə çevrilməyi planlaşdırırsa, bu onu göstərir ki, AB və ABŞ arasında ciddi narazılıqlar meydana gəlib”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}