Əli Nağıyev: “Sabitliyin pozulmasına yönəlmiş hallara qarşı qətiyyətli tədbirlər görüləcək”
Tarix: 26-10-2021 10:57 | Bölmə: Siyasət
Əli Nağıyev: “Sabitliyin pozulmasına yönəlmiş hallara qarşı qətiyyətli tədbirlər görüləcək”

"Bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi narahatlıq doğuran məsələlərdən biridir".

Reyting.az
xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində çıxışı zamanı deyib.

DTX rəisi həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb.

Ə. Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə də məlumat veri: "Hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönələn təhdidlərə qarşı səylərin birləşdirilməsi vacibdir".

DTX rəisi vurğulayıb ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir: "Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür".

DTX rəisinin sözlərinə görə, respublikamızda mövcud sabitliyin pozulmasına yönələn bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}