“Omikron” tamamilə fərqli virusdur - Həkim
Tarix: 18-01-2022 11:24 | Bölmə: Slayd
“Omikron” tamamilə fərqli virusdur

“Koronavirusun “Omikron” ştammı yüksək yoluxduruculuq qabiliyyətinə, ən müxtəlif əlamətlərə və qısa inkubasiya dövrünə malikdir”.

Reyting.az
xəbər verir ki, bu barədə lenta.ru-ya danışan Rusiyanın tanınmış həkim-reanimatoloqu Mixail Çuyko özünün də yoluxduğu koronavirusun yeni ştammını “o, ümumiyyətlə, başqa cürdür”,- ifadəsi ilə xarakterizə edib.

M. Çuyko bununla bağlı yaşadıqlarını və müşahidələrini “Facebook”da paylaşıb:

“Hər şeydən öncə onu deyim ki, yeni COVİD, ümumiyyətlə, digərlərindən tamamilə fərqlənir. Əlamətləri başqadır, müddəti fərqlidir. Testin nəticələrinə baxmadan, koronavirus barədə düşünmək belə çətindir. Çünki o, özündən əvvəlki ştammlardan kəskin şəkildə fərqlənir”.


M. Çuyko

Reanimatoloqun sözlərinə görə, “Omikron”un cəmi iki-üç günlük inkubasiya dövrü var.

Yoluxma əlamətinin əsasən zökəmlə, nadir hallarda öskürəklə başladığını söyləyən mütəxəssis sonuncu əlamətin adətən müalicənin axırıncı mərhələsində baş verdiyini bildirib: “Əksər hallarda pasiyentlərdə iybilmə qabiliyyətinin itirilmədiyini görürük, fəqət bəzi xəstələrdə səsin qalınlaşması ilə laringit müşahidə olunur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}