11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Türkiyə yenidən təhdid olunur - Fotolar
Tarix: 20-01-2022 12:56 | Bölmə: Slayd
Türkiyə yenidən təhdid olunur

Yunanıstan Türkiyəyə qarşı Fransaya sifariş etdiyi 18 ədəd “Rafale” qırıcısının ilk partiyasını (6 ədəd) ölkəyə gətirib.

Reyting.az
-ın xəbərinə görə, Yunanıstanın baş naziri Micotakis bununla bağlı tədbirdə Türkiyəni hədəfə alıb.

Xatırladaq ki, Yunanıstanın Fransadan aldığı 18 ədəd “Rafale” döyüş təyyarəsinin ilk partiyasının (6 ədədi) bu ölkənin ərazisinə endiyi Fransanın Yunanıstandakı səfirliyinin “Twitter” hesabında elan edilib.

Təyyarələr “Tanaqra” aviabazasına göndərilib. “Rafale” döyüş təyyarələri “Tanaqra”ya enməzdən əvvəl Yunanıstan Hərbi Hava Qüvvələri “Mirage 2000-5” təyyarələri ilə Afina Akropolu üzərində uçuş həyata keçiriblər.



Qeyd edək ki, Yunanıstan 2021-ci ilin yanvarında Fransa ilə 2,3 milyard avroluq müqavilə imzalayıb və 18 ədəd “Rafale” qırıcısı sifariş edib. Müqavilə çərçivəsində 2023-cü ilə qədər Yunanıstana 12-si ikinci əl, 6-sı yeni olmaqla cəmi 18 təyyarə veriləcək.

6 ədəd qırıcının qarşılanma mərasimində Yunanıstanın baş naziri Mitsotakis, Yunanıstanın müdafiə naziri Panagiotopoulos, Yunanıstan Hərbi Hava Qüvvələri komandanı Blioumis və Fransanın Afinadakı səfiri Patrik Mezonav iştirak edib.

Baş nazir çıxışında Türkiyəni nəzərdə tutaraq deyib ki, 21-ci əsrdə qonşu ölkələrdən gələn təhdidlərə, tarixi və coğrafiyanı çaşdırmaq cəhdlərinə yer yoxdur: “Yunanıstanın qapıları hər cür təhdidlərə bağlıdır. Dialoq pəncərəsi həmişə açıqdır”.

Qarşılama mərasimi zamanı yunan din adamları xeyir-dua veriblər.



Yunanıstanın ana müxalifəti - Radikal Sol Koalisiya qırıcıların Fransadan “sadiq müttəfiqlik” nümayiş etdirmək məqsədilə alındığını elan edib. Müxalifət bildirib ki, hakimiyyət diqqəti gerçək problemlərdən yayındırmaq üçün qırıcıların ölkəyə təslim edilməsini şouya çevirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}